İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır

23 yanvar 2012, 20:00

Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır.

Azərbaycan dövlətinin başçısını Soçinin “Adler” Beynəlxalq Aeroportunda Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

X X X


Dövlət başçısı həmin gün axşam Bakıya qayıtmışdır.

Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.