İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatmışdır

11 iyul 2010, 11:05
İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatmışdır

Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatmışdır.

Azərbaycan dövlətinin başçısını Sevastopolun “Belbek” hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salmışlar.

X X X

Elə həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılamışlar.