İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmişdir

10 iyul 2010, 20:19
İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmişdir

Yaltada, məşhur Livadiyski sarayında MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilmişdir. Prezident İlham Əliyev görüşdə iştirak etmişdir.

Prezident İlham Əliyev və digər dövlət başçıları Livadiyski sarayına gəldilər.

Ukrayna Prezidenti Viktor Yanukoviç Prezident İlham Əliyevi sarayın önündə ehtiramla qarşıladı.

MDB-nin üzvü olan dövlətlərin liderləri sarayın tarixi “Ağ zal”ında toplaşdılar. Burada 1945-ci ildə tarixi Yalta konfransı keçirilmişdir.

Görüşü açan Ukrayna Prezidenti Viktor Yanukoviç MDB çərçivəsində iqtisadi əməkdaşlığın sürətləndirilməsi mexanizmlərinin müzakirə edilməsini, nəqliyyat və turizm sahələrində birgə layihələrin həyata keçirilməsini təklif etmişdir. Üzv dövlətlər arasında ticarətin liberallaşdırılması məsələsinə xüsusi diqqət yetirilmişdir. Bundan əlavə, görüşdə azad ticarət zonasının yaradılması barədə saziş layihəsinin hazırlanmasına və MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının növbəti görüşündə bu məsələyə baxılmasına dair razılıq əldə olunmuşdur.

Görüşdə humanitar sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Rusiya Prezidenti Dmitri Medvedev qonaqlar adından Ukraynanın dövlət başçısını doğum günü münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Dövlət başçılarının qeyri-rəsmi görüşlərinin keçirilməsi Birliyin təcrübəsində bir ənənəyə çevrilmişdir. İlk belə görüş 2000-ci il avqustun 18-də Yaltada olmuşdur. Belə qeyri-rəsmi görüşlərin gündəliyi olmur və hər hansı məsələlərə dair qərarlar qəbul edilməsi nəzərdə tutulmur. Yalnız təxirə salınması mümkün olmayan məsələlər istisna təşkil edir.

Bu qeyri-rəsmi görüşdə MDB-nin üzvü olan altı ökənin – Azərbaycan, Ukrayna, Rusiya, Belarus, Qazaxıstan və Ermənistanın prezidentləri, Birliyin icraçı katibi iştirak etmişlər.

Yalta görüşünün təşəbbüsçüsü Ukraynadır.

Görüşün sonunda dövlət başçıları xatirə şəkli çəkdirmişlər.

X X X

Sonra, Yaltadakı “Şatyor” dövlət iqamətgahında MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi birgə şam yeməyi olmuşdur.

Prezident İlham Əliyev şam yeməyində iştirak etmişdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09