İlham Əliyev “Balakən-1” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir

08 iyul 2010, 13:42
İlham Əliyev “Balakən-1” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev “Balakən-1” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.

“Balakən-1” su elektrik stansiyasında ildə 10 milyon kilovat/saat enerji istehsal ediləcəkdir. Bu, rayonun elektrik enerjisinə tələbatının 25 faizini təşkil edir. Yerli “AZENKO” şirkətinin inşa edəcəyi su elektrik stansiyasında hər birinin gücü 0,5 meqavata çatan 3 hidroturbin və hidrogenerator, eləcə də 10 kilovoltluq yarımstansiya quraşdırılacaq, elektrik xətləri çəkiləcəkdir.

Bildirildi ki, stansiyanın tikintisini 2011-ci ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev su elektrik stansiyasının təməlini qoydu.

gallery-photogallery-photogallery-photo