İlham Əliyev Balakəndə “Qubek” mehmanxanasının açılışında iştirak etmişdir

08 iyul 2010, 13:40
İlham Əliyev Balakəndə “Qubek” mehmanxanasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Balakən rayonuna səfəri çərçivəsində “Qubek” mehmanxanasının açılışında iştirak etmişdir.

Dövlət başçısı açılışı bildirən lenti kəsdi və dördulduzlu mehmanxana ilə yaxından tanış oldu.

Məlumat verildi ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yaxınlığında yerləşən 100 yerlik mehmanxananın tikintisinə 2007-ci ildə başlanmışdır. Mehmanxanada 9 lüks və 54 sadə nömrə, 80 nəfərlik konfrans zalı, 80 nəfərlik yay və qış restoranları vardır. Bina fasiləsiz elektrik enerjisi ilə təmin edilmişdir. Burada, həmçinin qazanxana və avtomobil qarajı da fəaliyyət göstərir. Mehmanxanada 80 nəfər işlə təmin olunmuşdur.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi. 

gallery-photogallery-photogallery-photo