İlham Əliyev Balakəndə Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak etmişdir

08 iyul 2010, 14:43
İlham Əliyev Balakəndə Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük-sərhəd buraxılış məntəqəsi ilə yaxından tanış oldu.

Məntəqənin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin həyatını, eləcə də gömrük sahəsinin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılmışdır.

Binanın ikinci mərtəbəsində yerləşən 100 yerlik konfrans zalına baxan Prezident İlham Əliyevə qaçaqmalçılığa qarşı mübarizə üzrə əməliyyat mərkəzinin avtomatlaşdırılmış idarəetmə sistemi ilə tanış oldu.

Dövlət başçısına Azərbaycana idxal olunan avtomobillərin “Avro-2” standartlarına uyğunluğunu yoxlayan cihaz, idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsi və mal-nəqliyyat vasitələrinin qeydiyyatı, həmçinin gömrük xidmətinin avtomatlaşdırılmış informasiya sistemi haqqında məlumat verildi.

Prezident İlham Əliyev qonaqlar üçün yaradılan xüsusi gözləmə otağında da oldu. Diqqətə çatdırıldı ki, terminalın ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Gömrük-sərhəd buraxılış məntəqəsi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo