İlham Əliyev Balakən rayon mərkəzi xəstəxanasının açılışında iştirak etmişdir

08 iyul 2010, 14:41
İlham Əliyev Balakən rayon mərkəzi xəstəxanasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Balakənə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Prezident İlham Əliyevə xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısını əks etdirən fotostendə baxdı.

Prezident İlham Əliyev poliklinika şöbəsində rentgen kabinetində, kardiologiya, oftalmologiya, qastroskopiya və kolonoskopiya kabinetlərində yaradılmış şəraitlə tanış oldu.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo