16:38

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Moskvada Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ilə görüşmüşdür.
Görüşdə dövlətimizin başçısı Almazbek Atambayevi Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
Dövlət arasında münasibətlərin yaxşı perspektivlərə malik olduğunu deyən Prezident İlham Əliyev əminliyini bildirdi ki, ölkələrimiz bir-birini daim dəstəkləyəcəkdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gördüyü işləri xatırladan Almazbek Atambayev Prezident İlham Əliyevin ulu öndərin layiqli davamçısı olduğunu dedi, Azərbaycanda, paytaxt Bakıda son 20 ildə böyük dəyişikliklərin baş verdiyini vurğuladı.
İqtisadi əməkdaşlığın və humanitar əlaqələrin genişləndirilməsi üçün böyük işlərin həyata keçirilməsi imkanlarından danışan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini dedi.
Dövlət başçısı Qırğızıstan Respublikasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57