İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir

08 iyul 2010, 13:53
İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və komplekslə yaxından tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotoguşə yaradılmışdır.

Dövlət başçısı müasir idman qurğusunun bölmələrini gəzdi, idmançıların məşq prosesini izlədi.

Prezident İlham Əliyev hovuza, futbol stadionuna, açıq voleybol, tennis və mini futbol meydançalarına, kotteclərə baxdı, yaradılan şəraiti yüksək qiymətləndirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo