14:02
PDF yükləyin
25 noyabr 2024, 14:02Rusiyanın paytaxtı Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və iclasda iştirak edən digər dövlət başçılarını qarşıladı.
Yubiley iclasını açan Rusiya Prezidenti Dmitri Medvedev MDB-nin 20-ci ildönümünün qeyd edildiyi bir vaxtda keçirilən tədbirdə iştirak etdiklərinə görə Birliyin üzvü olan ölkələrin dövlət başçılarına təşəkkürünü bildirdi. Dmitri Medvedev qeyd etdi ki, bu cür qeyri-rəsmi görüşlərin keçirilməsi MDB-nin təcrübəsində bir ənənəyə çevrilmişdir.
Sonra Birliyin sədri, Tacikistan Prezidenti Emoməli Rəhmon çıxış edərək əmin olduğunu bildirdi ki, aparılan müzakirələr və qəbul edilən qərarlar üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir.
Daha sonra çıxış edən Özbəkistan Prezidenti İslam Kərimov iclasın əhəmiyyətini qeyd edərək bildirdi ki, bu, MDB çərçivəsində əməkdaşlığa mühüm töhfə verəcəkdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin MDB qarşısındakı xidmətlərindən danışan Prezident İslam Kərimov dedi ki, Birlik yaradılan dövrdə Heydər Əliyev ən tanınmış liderlərdən biri, bütün baş verənləri görən və yaşayan ən müdrik insanlardan idi. Heydər Əliyevin təcrübəsi təkcə Azərbaycan xalqı üçün deyil, həm də çox mənalı və əziyyətli yol keçən insanlar üçün parlaq nümunədir.
İclasda çıxış edən Qırğızıstan Prezidenti Almazbek Atambayev MDB xalqları arasındakı tarixi əlaqələrdən bəhs etdi. O, xalqının Böyük Vətən müharibəsindəki iştirakını vurğulayaraq yaşlı nəsillərin keçmiş Sovet İttifaqının inkişafındakı rolundan da danışdı.
Sonra Qırğızıstan Prezidenti Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi.
Azərbaycan Prezidenti İlham ƏLİYEV iclasda çıxış edərək dedi:
-Hörmətli Dmitri Anatolyeviç!
Əvvəla Moskvanı ziyarət etmək və bizi iclasda iştirak etmək üçün dəvətinizə görə təşəkkürümü bildirirəm. İndi aparılan qeyri-formal və səmimi diskussiya təşkilatımızın nə qədər mühüm olduğunun parlaq göstəricilərindən biridir. Həmçinin İslam Əbdüqəniyeviçə və Qırğızıstan Prezidentinə atam Heydər Əliyev haqqında dedikləri xoş sözlərə görə təşəkkür etmək istərdim. Bu, yəqin ki, ikiqat rəmzidir. Belə ki, o, bu binada xeyli illər keçirib. O, Azərbaycanın, Sovet İttifaqının rifahı naminə işləyib. 1970-ci illərdə Bakıda işləyərkən Azərbaycanın rifahı naminə, 1980-ci illərdə Sovet İttifaqı hökumətində işləyərkən Sovet İttifaqının rifahı naminə çalışaraq, müstəqil Azərbaycanın Prezidenti kimi 10 il ərzində dövlətçiliyin təməlini qoymaqla bizə inamla, uğurla irəliləməyə imkan verdi. Buna görə də onun dostlarına təşəkkür etmək istərdim. Ona görə ki, MDB-nin 20 illiyinin qeyri-formal şəraitdə keçirildiyi bu görüşdə onu xatırlayırlar. 20 il böyük müddətdir, eyni zamanda, tarixi nöqteyi-nəzərdən o qədər də böyük müddət deyildir. Bu gün artıq həmkarlarım 1980-1990-cı illər arasında baş verən prosesləri qiymətləndirdilər. Bəziləri dəyişikliklərdə özləri də iştirak edərək ölkələrinin dövlətçiliyinin bünövrəsini qoyublar. Əlbəttə, mən də razıyam ki, 1990-cı illərin əvvəllərində baş verənlərin əsas yekunu bu oldu ki, yeni dövlətlərin yaranması nisbətən dinc yolla həll edildi. Əlbəttə, bu, hamı üçün dinc keçmədi. Bizim ölkəmizə gəlincə, hələ Sovet İttifaqının dağılması ərəfəsində torpaqlarımız işğala məruz qaldı. Amma bütövlükdə MDB-nin üzvü olan əksər ölkələr arasındakı bugünkü münasibətlər - dostluq, tərəfdaşlıq münasibətləridir. 20 il ərzində biz büsbütün dəyişmişik. İqtisadi sistemi tamamilə dəyişmişik.
Siyasi sistem də dəyişdi. Xaos, qarşıdurma, qarşılıqlı ittihamlar şəraitində bütün bunlar mümkün olmaya bilərdi, yaxud çox çətin başa gələrdi. Bu gün 20 il ötəndən sonra keçmiş Sovet İttifaqı respublikalarının əksəriyyətinin iştirak etdiyi bu tərkibdə biz irəliyə necə getmək barədə danışırıq. Bu da çox mühümdür. Mən həmkarlarımın tarixi keçmiş barədə fikirləri ilə tam razıyam. Müxtəlif, ziddiyyətli fikirlər mövcuddur. Yəqin ki, bu cür ziddiyyətli fikirlərin mövcud olmağa haqqı vardır. Yaxşı işlər də olub, narahatlıq doğuran məsələlər də. Ən başlıcası necə irəliləməkdir. Bu gün ölkəmizin MDB-nin üzvü olan demək olar ki, bütün ölkələrlə çox gözəl ikitərəfli, etimad doğuran dostluq münasibətləri mövcuddur.
Müstəqillik illərində Azərbaycan müasir ölkəyə çevrildikdən sonra da Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bizim üçün həmişə xüsusi əhəmiyyət kəsb edib. Bu gün mənim üçün qeyd etmək xoşdur ki, ikitərəfli planda heç bir həll edilməmiş problem qalmayıb. MDB-nin gələcəyi ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan bütün proseslərdə konstruktiv, fəal iştirak edəcəkdir.
Biz humanitar sahədə əməkdaşlığı çox fəal dəstəkləyirik. Bu məsələdə bizim hazırladığımız tədbirlər də humanitar əlaqələrin hərtərəfli və çoxtərəfli inkişafı üçün yaxşı əsasdır. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə bu ilin sonlarında Bakıda birinci Beynəlxalq Humanitar Forum keçirildi. Bu da artıq ənənəyə çevrilib. Biz hər il bu tədbiri keçirəcəyik. Bizim münasibətlərimizin təməli humanitar amildir. Bunsuz heç bir inteqrasiya və iqtisadi kooperasiya prosesi bizim istədiyimiz kimi gedə bilməz. Biz gələcəkdə də MDB məkanında humanitar əməkdaşlığın inkişaf etməsinə çalışacağıq. Gənc nəslin bu prosesə cəlb olunmasına səy göstərəcəyik. Əlbəttə biz növbəti nəslə onilliklər ərzində yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini ötürmək istərdik. Bu gün həmkarlarım veteranları da xatırladılar. Mən də bu gün həmin tezisə qoşularaq, bütün veteranlarımızı salamlamaq istəyirəm. Onlar vətənin azadlığı uğrunda öz sağlamlıqlarını veriblər, çoxları həyatlarını itiriblər. Bu, hamı üçün Vətən müharibəsi idi. Azərbaycanın İkinci Dünya müharibəsində iştirak edən hər iki sakinindən biri qayıtmayıb. Azərbaycanın və Bakının ümumi qələbəyə töhfəsi isə kifayət qədər əhəmiyyətli olub. Tanklarımıza və təyyarələrimizə doldurulan neft məhsullarının 90 faizi Azərbaycanın idi, Bakıda istehsal edilən sovet neft məhsulları idi. Bu, bizim ümumi tariximizdir. Baxmayaraq ki, keçmişi dəyişmək olmaz, biz tarixi saxtalaşdırmağa yol verməməliyik. İkinci Dünya müharibəsinin hadisələrinin təhrif edilmiş şəkildə təqdiminə yol vermək olmaz. Məsələ ondadır ki, bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması özünü göstərir.
Gələcək üçün mühüm məsələlərdən danışarkən hesab edirəm ki, informasiya-kommunikasiya texnologiyaları mövzusuna müraciət indi tamamilə yerinə düşərdi.
Bir daha demək istərdim ki, Azərbaycan MDB çərçivəsində öz iştirakına və fəal əməkdaşlığa sadiqdir, gələcəkdə də münasibətlərimizi möhkəmləndirmək üçün səy göstərəcəkdir. Sağ olun.
X X X
İclasın digər iştirakçıları çıxışlarında bəyan etdilər ki, MDB-nin üzvü olan hər bir dövlətin milli mənafeyinə cavab verən qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafı üçün şəraitin yaradılması Birliyin 20 ildə fəaliyyətinin başlıca vəzifəsi olmuşdur.
Gələcəyə nikbinliklə baxdıqlarını təsdiq edən iclas iştirakçıları Birliyin nüfuzlu regional dövlətlərarası təşkilat kimi səmərəliliyinin artırılmasına və gələcək inkişafına səy göstərəcəklərini bildirdilər.
İclasda rabitə və informasiya-kommunikasiya texnologiyaları istiqamətində işbirliyi MDB-nin üzvü olan ölkələrin 2012-ci ildə iqtisadi sahədə əməkdaşlığının əsas prioriteti kimi müəyyənləşdirildi.
İştirakçılar tərəfindən birlik ölkələrində prezident və parlament seçkiləri, eləcə də referendumlarda iştirak edən MDB-nin müşahidə missiyalarının rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında qərar və iclasın yekunlarına dair Birgə Bəyanat qəbul olundu.
Sonda iclas iştirakçıları xatirə şəkli çəkdirdilər.
X X X
Dekabrın 20-də Böyük Kreml sarayında MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasının iştirakçıları birgə nahar etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.
PDF yükləyin
25 noyabr 2024, 14:02Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...
25 noyabr 2024, 14:00Hörmətli cənab Prezident,
Surinam Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan...
25 noyabr 2024, 11:50Hörmətli xanım Sədr,
Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Bosniya və Herseqovina...
25 noyabr 2024, 11:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər...
23 noyabr 2024, 17:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...
23 noyabr 2024, 16:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...
23 noyabr 2024, 16:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
22 noyabr 2024, 16:19Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...
22 noyabr 2024, 16:17Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan...
22 noyabr 2024, 16:15Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi...
22 noyabr 2024, 16:13Hörmətli tədbir iştirakçıları!
Sizi - Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən Kamboca Xalq Partiyasına təşəkkürümü...
22 noyabr 2024, 16:11