İlham Əliyev Balakəndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

08 iyul 2010, 13:34
İlham Əliyev Balakəndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Balakən rayonuna səfərə gəlmişdir.

Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, ulu öndərin abidəsinin qoyulduğu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli liderin siyasi irsini öyrənmək məqsədi ilə Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada, həmçinin respublikada analoqu olmayan buraz yolu inşa edilmiş, parkda rayon sakinlərinin mənalı istirahəti üçün bütün şərait yaradılmışdır.