İlham Əliyev Zaqatalada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

08 iyul 2010, 11:31
İlham Əliyev Zaqatalada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Zaqatala rayonuna səfərə gəlmişdir.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Dövlət başçısına məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri görülmüşdür. Burada yeni oturacaqlar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmış, fəvvarələr yenidən qurulmuş, yaşıllıq zolağı genişləndirilmişdir.