15:05

Prezident İlham Əliyev Həbəşistan Federativ Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mulatu Teşomenin etimadnaməsini qəbul etmişdir.
Səfir Mulatu Teşomen fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Mulatu Teşomen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Həbəşistan hökumətinə təşəkkür etdi. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Həbəşistan arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Mulatu Teşomen Həbəşistan Prezidenti Girma Volde-Giorgisin salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı maraqların olduğunu dedi.
Dövlət başçısı Prezident Girma Volde-Giorgisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Həbəşistanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40