16 aprel 2020, 13:50

İlham Məcidov və Eyvaz Quliyevdən, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyası böyük bəladır, artıq 100 mindən çox insanın həyatına son qoyub. Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşansa da, Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarət altında saxlanılır. İnşallah, Allahın köməyi, Sizin gərgin əməyiniz sayəsində ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq.

Azərbaycan xalqı üçün gördüyünüz bütün işlər alqışlanır, yüksək qiymətləndirilir. Bu şərəfli və məsuliyyətli vəzifənizdə Sizə və Mehriban xanıma uğurlar arzulayırıq.

Hörmətlə,

Məcidov İlham Həsən oğlu

Quliyev Eyvaz Nəcəf oğlu.

Azərbaycan Respublikası, Neftçala rayonu, Xolqaraqaşlı kəndi.