20 fevral 2020, 12:55

Aybəniz Soltanova və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələri izlədik. Ermənistanın baş naziri Nikol Paşinyanın yersiz və sübutsuz çıxışına çox düzgün və tarixi faktlarla cavab verdiniz. Bu fikirləriniz nəinki ölkə vətəndaşları, hətta dünya mediası və analitikləri tərəfindən də dəstəklənir. Paşinyanın səsləndirdiyi fikirlər isə Ermənistanın özündə belə təəccüblə qarşılanmışdır. Biz bu barədə internet resurslarından oxuyuruq.

Cənab Prezident, Sizin sayənizdə dövlətimiz iri addımlarla irəli gedir, inkişaf edir, güclənir, ölkəmiz gündən-günə gözəlləşir. Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız, liderimiz var. Biz də öz növbəmizdə hər zaman Sizinləyik.

Böyük minnətdarlıq və qürur hissi ilə,

Soltanova Aybəniz Mürvət qızı,

Məmmədova Afət Səxavət qızı,

Şıxəliyeva Zenfira Haccan qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.