İlham Əliyev Şamaxıdakı “Şərədil” istirahət mərkəzi ilə tanış olmuşdur

30 oktyabr 2011, 20:00
İlham Əliyev Şamaxıdakı “Şərədil” istirahət mərkəzi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Ağsu rayonundan qayıdarkən Şamaxıdakı “Şərədil” istirahət mərkəzi ilə tanış olmuşdur.

Bildirildi ki, son illərdə Azərbaycanda turizm infrastrukturunun yaradılması istiqamətində dövlətimiz tərəfindən ardıcıl addımlar atılır. Bu baxımdan “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi, 2011-ci ilin “Turizm ili” elan olunması ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar açmışdır.

Bildirildi ki, Mərkəzin 25 hektar ümumi sahəsi vardır. Ərazisinin dörd hektardan çox hissəsi tikintialtı sahədir. Mərkəzin əsas binasının birinci mərtəbəsində 120, ikinci mərtəbəsində isə 150 nəfərlik restoran-bar fəaliyyət göstərir. İstirahət mərkəzində VİP otaqlar və xüsusi zal vardır. Mərkəzin ərazisindəki 20 kottecdən 11-i üç, digərləri isə ikiotaqlıdır. Burada dördü ikiotaqlı, dördü isə birotaqlı olmaqla 8 nömrədən ibarət otel də vardır. Bundan başqa, mərkəzdə qolf və voleybol meydançaları, tennis kortu, uşaq əyləncə guşəsi fəaliyyət göstərir.

Prezident İlham Əliyev inşa ediləcək “Şamaxı-Qrand” otelinin layihəsi ilə də tanış oldu. Tikintisinə 2010-cu ildə başlanılan otelin gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Oteldə 95-i standart, 19-u isə lüks olmaqla ümumilikdə 114 nömrə turistlərin istifadəsinə veriləcəkdir. Oteldə hər biri 500 nəfərlik üç konfrans zalı yaradılacaqdır. Burada müxtəlif idman meydançalarının tikintisi də nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısı istirahət mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirdi, “Şamaxı-Qrand” otelinin tikintisi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16