19:20

Prezident İlham Əliyev Ağsu şəhər stadionunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsdi.
Bu müasir idman qurğusunun təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ağsu rayonuna səfəri çərçivəsində qoyulmuşdur.
Stadionla tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, dörd sektorda üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkündür. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılmışdır. Bundan əlavə, burada daha iki mini stadion idmançıların ixtiyarına verilmişdir. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.
İnzibati binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri qayğının müxtəlif məqamlarını əks etdirən fotoguşə yaradılmışdır. Burada konfrans zalı, həkim məntəqəsi, soyunub-geyinmə və yuyunma otaqları vardır. Stadionun ətrafına 840 metr uzunluğunda hasar çəkilmiş və “Gülbax” daşları ilə üzlənmişdir. Stadionun yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilmişdir.
Dövlətimizin başçısının Azərbaycan gəncliyinin sağlam ruhda böyüməsinə göstərdiyi diqqət və qayğının daha bir təzahürü olan bu qurğu Ağsuda idmana olan marağı artırmaqla yanaşı, peşəkar idmançıların yetişməsində də həlledici rol oynayacaqdır.
Stadionda yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev təbriklərini çatdırdı, tapşırıqlarını verdi.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə təbriklərimi və xoş arzularımı yetirirəm.
Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizə və...
11 aprel 2025, 17:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və bütün ailə üzvlərinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan...
10 aprel 2025, 18:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm.
Zati-alinizə ən xoş arzularımı bildirirəm.
Bayramınız...
10 aprel 2025, 17:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh,...
10 aprel 2025, 17:25