24 oktyabr 2011, 17:00

Yaşar Tofiqi Əliyevdən, Azərbaycan

Hörmətli cənab Prezident!

Mənim ictimai-siyasi fəaliyyətimi yüksək qiymətləndirərək “Şöhrət” ordeninə layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən həyatım boyu daim ulu öndər Heydər Əliyevin siyasətini müdafiə etmiş, ölkəmizin və xalqımızın alternativsiz inkişaf yolu olan və bu gün Sizin tərəfinizdən ən uğurlu şəkildə davam etdirilən bu şərəfli ideyanın fəal təbliğatçısı olmuşam. Həm Milli Məclisdə təmsil olunduğum, həm də diplomatik fəaliyyətim dövründə hər zaman ümummilli liderimizin idarəçilik prinsiplərini rəhbər tutaraq dövlətimizə ləyaqətli xidmət etmişəm. Hər zaman həm özüm, həm də ailəm ictimai həyatın bütün sahələrində ulu öndərin dəyərli tövsiyyələrini bir həyat kredosu kimi daim uca tutmuşuq və gələcəkdə də tutacağıq.

Bir daha dövlətimiz və xalqımız qarşısındakı xidmətlərimə yüksək dəyər verdiyiniz üçün Sizə özümün və ailəmin adından sonsuz təşəkkürümü bildirir, dövlət başçısı kimi çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram

Dərin hörmətlə,

Yaşar Tofiqi Əliyev