İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir

20 oktyabr 2011, 14:30
İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir.

Dövlət başçıları rəsmi naharda nitq söyləmişlər.

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV Azərbaycan ilə Qazaxıstan arasında mehriban qonşuluq əlaqələrinə toxunaraq dedi ki, tarixi köklərə malik olan ölkələrimizi nadir təbii sərvətli Xəzər dənizi birləşdirir. Prezident İlham Əliyevin ölkəmizə növbəti səfəri əməkdaşlığımızın etibarlı dostluq münasibətlərinə əsaslandığını bir daha sübut edir.

Nursultan Nazarbayev Stalin repressiyası illərində Azərbaycan əhalisinin bir hissəsinin də Qazaxıstana köçürülməyə məruz qaldığını xatırladaraq dedi:

-1937-ci ilin may ayının təkcə bir günü ərzində Qazaxıstanın Taldı-Kurqan vilayətinə konvoy altında 600 azərbaycanlı ailə gətirildi. Xalqımız bu qanunsuzluğun bütün günahsız qurbanlarının dərdinə şərik oldu, onlarla ev-eşiyini, bir parça çörəyini bölüşdü. Azərbaycanlılar qazax xalqı ilə əl-ələ verib Qazaxıstanda yeni müəssisələr tikdilər, ölkəni inkişaf etdirdilər. Onların bir çoxu burada qalıb yaşadı və artıq dediyim kimi, bizdə 130 minlik Azərbaycan diasporu vardır. Onlar Qazaxıstan vətəndaşlarıdır, ölkəmizin rəngarəng palitrasının ən parlaq hissələrindən biridir.

Daha sonra Qazaxıstan Prezidenti müstəqilliyinin 20 illiyini yenicə qeyd etmiş Azərbaycanın uğurlarından danışaraq dedi:

- Hörmətli dostlar!

Oktyabrın 18-də qardaş Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd etdi. Bunlar heç də asan illər deyildi. Bunu hamımız bilirik. Azərbaycanın üzləşdiyi çətinliklərə baxmayaraq, ölkə elə sürətlə inkişaf etmişdir ki, həm iqtisadiyyatının artım sürətinə, həm də xalqın rifahına görə postsovet məkanında qabaqcıl mövqelərə çıxmışdır. Bütün atributlara malik dinamik inkişaf edən müasir dövlət yaradılmışdır. Bu dövlət bütün dünyada tanınmışdır. Ölkəniz qətiyyətli addımlarla tərəqqiyə doğru irəliləyir. Biz buna ürəkdən şadıq. Azərbaycanın yüksək səviyyədə uğurlarında, Qazaxıstan-Azərbaycan əməkdaşlığında ölkənizin ümummilli lideri Heydər Əliyev xüsusi rol oynamışdır. Mənə onunla çox yaxın münasibətlərdə olmaq xoşbəxtliyi nəsib olmuşdur. Onunla yaxşı əməkdaşlıq edir, bu çox müdrik, xeyirxah və uzaqgörən insanı tanıyırdım.

Azərbaycan Qazaxıstan üçün mehriban dost, etibarlı işgüzar tərəfdaş, qonşudur. Biz əməkdaşlığımızın perspektivinə və ölkələrimizin inkişafının gələcəyinə əminik. Əminəm ki, Almatıda bugünkü danışıqların nəticələri, daxili siyasət, iqtisadiyyat, xarici siyasət və regional əməkdaşlığın bütün məsələlərinə dair fikir mübadiləmiz ölkələrimiz arasında dostluğu və qarşılıqlı anlaşmanı möhkəmləndirir.

Hörmətli dostlar! Məşhur Azərbaycan atalar sözündə deyildiyi kimi, “ürəkdən ürəyə ən qısa yol var”. Zənnimcə, münasibətlərimiz məhz belə qurulmalıdır: ümumi tarixi köklər, iki ölkənin strateji mənafelərinin ümumi anlaşılması əsasında. Biz bu barədə sabah keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında danışacağıq.

X X X

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

-Hörmətli Nursultan Abişeviç! Əvvəla, ölkəmiz haqqında dediyiniz səmimi sözlərə, qardaş Qazaxıstana yenidən rəsmi səfərə dəvətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mənim üçün Sizin ölkəyə gəlmək həmişə çox fərəhli hadisədir. Elə alınmışdır ki, Azərbaycana rəhbərlik etdiyim bütün illər ərzində, demək olar, hər il Qazaxıstanda – ya Astanada, ya da Almatıda oluram.

Azərbaycan dövlətinin başçısı müstəqillik dövründə Qazaxıstanın da inkişafı, iqtisadi potensialının güclənməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən işlərin, aparılan islahatların nəticələrindən danışdı. Prezident İlham Əliyev dost Qazaxıstanın beynəlxalq aləmdə artan nüfuzu və bunun nəticəsi olaraq bu ölkənin ATƏT-ə sədrlik etməsinin Azərbaycanda məmnunluq hissi yaratdığını vurğuladı. Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələrin bugünkü vəziyyəti və perspektivlərinə də toxunaraq dedi:

-Xalqlarımızı ümumi tarix, ümumi köklər birləşdirir. Xalqlarımızı yaxınlaşdıran amil, əlbəttə, həm də Sizinlə mənim atam – Prezident Heydər Əliyev arasındakı şəxsi dostluq olmuşdur. Bu dostluq zamanın - həm sovet dövrünün, həm də müstəqillik dövrünün sınağından çıxmışdır. Sizin dostluğunuz və münasibətləriniz azərbaycanlıların və qazaxların bütün nəsilləri üçün nümunədir - münasibətləri qardaşlıq, qarşılıqlı yardım və strateji maraqlar əsasında necə qurmaq nümunəsi! Xoşbəxtlikdən strateji mənafelərimiz də həm regionda, həm də dünyada üst-üstə düşür. Biz bütün işlərdə bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə daim diqqət yetirdiyinizə görə Sizə çox minnətdarıq. Siz bu məsələ ilə lap əvvəldə də, sonra da, ATƏT-in sədri kimi də, indi də məşğul olmusunuz. Biz bu gün bu mövzunu ətraflı müzakirə etdik. Mən danışıqlar prosesində baş verən son hadisələri Sizə çatdırdım. Ümidvaram ki, yaxın vaxtlarda ədalət bərpa ediləcək, işğala son qoyulacaq, azərbaycanlılar doğma torpaqlarına qayıdacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Bu gün biz iqtisadi gündəliyi ətraflı müzakirə etdik. O, çox genişdir, buraya bir çox komponentlər – energetika, nəqliyyat, kənd təsərrüfatı, qarşılıqlı investisiyalar, tikinti, biznes daxildir. Yəni bütün bu istiqamətlər üzrə münasibətlərin inkişafının dəqiq anlaşılması vardır. Komissiya müvəffəqiyyətlə işləyir, biznes-forumlar keçirilir. Başqa sözlə, bizim bu gün mənfi cəhət kimi qeyd etdiyimiz yeganə məsələ budur ki, əmtəə dövriyyəsi lazımi səviyyədə deyildir və ölkələrimizin potensialına cavab vermir. Amma bu, düzələn işdir.

Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını Azərbaycana səfərə dəvət etdi və dedi:

-Bu badəni Qazaxıstan Prezidenti Nursultan Abişeviç Nazarbayevin sağlığına, qardaş qazax xalqının tərəqqisi və rifahı şərəfinə qaldırmaq istəyirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri davam edir. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15