İlham Əliyevin və Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur

20 oktyabr 2011, 12:00
İlham Əliyevin və Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur

Prezident İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar olmuşdur.

Qazaxıstan dövlətinin başçısı Nursultan NAZARBAYEV Azərbaycan nümayəndə heyətinin üzvlərini salamlayaraq dedi:

-İlham Heydər oğlu, Sizi və nümayəndə heyətinin üzvlərini Qazaxıstanda salamlamağa şadam. Siz mənim dəvətimlə rəsmi səfərə gəlmisiniz. Bu, bizdə ənənədir. Siz hər il Qazaxıstanda olursunuz, mən də müntəzəm surətdə Sizin ölkədə oluram. Bu, iki dövlət arasında, prezidentlər arasında münasibətlərin göstəricisidir.

Biz Sizinlə ölkələrimiz arasında qarşılıqlı münasibətlərin bütün spektrini müzakirə etdik, iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, beynəlxalq əməkdaşlıq məsələlərimizə toxunduq.

Azərbaycan bu günlərdə öz müstəqilliyinin iyirmi illiyini qeyd etdi. Biz də bu ilin dekabrında oxşar tarixi qeyd etməyə hazırlaşırıq. Bu iyirmi il, bir tərəfdən, hər iki ölkə üçün mürəkkəb dövr, digər tərəfdən, əcdadlarımızın arzularının həyata keçdiyi illər olmuşdur. Mən hesab edirəm ki, Qazaxıstan və Azərbaycan bu zaman kəsiyini ləyaqətlə keçmişlər. Sizin ölkənizdə məlum çətinliklərə - Ermənistanla qarşılıqlı münasibətlərdə problemə - Qarabağ probleminə baxmayaraq, Azərbaycan bu illər ərzində sanballı uğurlara nail olmuşdur və biz bu münasibətlə Sizi təbrik edirik.

Bizim iqtisadiyyat 1994-cü ildən bəri 14 dəfə artmışdır. Mən Sizə demişdim, bizdə adambaşına artıq 10 min dollar vardır. Bu ili iqtisadiyyatda 7 faiz artımla başa vuracağımıza və adambaşına 12 min dollara yaxınlaşacağımıza ümid edirik. Bu, çox yüksək səviyyədir. 2015-ci ildə bizdə bu göstərici adambaşına 15 min dollar olacaqdır. Yəni biz Şərqi və Mərkəzi Avropanın orta inkişaf etmiş dövlətləri arasında olacağıq. Bunun üçün bizim bütün imkanlarımız vardır. Mən Sizə hansı istiqamətdə işlədiyimizi söylədim.

Biz Azərbaycanı qardaş, dost ölkə, Qafqaz regionunda əsas tərəfdaş hesab edirik. Güman edirəm ki, nümayəndə heyətinin üzvləri öz aralarında hazırlanmış sənədlərin bütün istiqamətləri üzrə iş aparmışlar. Əgər həll edilməmiş məsələlər vardırsa, onlar bu barədə bizə məruzə edəcəklər.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV səmimi qəbul üçün təşəkkür edərək dedi:

-Hörmətli Nursultan Abişeviç, müstəqilliyimizin iyirmi illiyi münasibətilə təbriklərinizə görə çox sağ olun. Həmçinin Sizi və bütün qardaş Qazaxıstan xalqını qarşıdan gələn bayram münasibətilə qabaqcadan təbrik etmək istəyirəm. Siz tamamilə haqlısınız, bu illər ərzində ölkələrimiz nəyə qadir olduqlarını nümayiş etdirmiş, sanballı nəticələrə, coşqun iqtisadi artıma və siyasi sabitliyə nail olmuşlar. Mən həm də bu illər ərzində Sizin rəhbərliyiniz altında Qazaxıstanın qazandığı sanballı uğurlar münasibətilə Sizi təbrik etmək istərdim. Bu uğurlar quruculuq işlərində, şəhərlərin yeni simasında, hamını heyran edən yeni paytaxtın – gözəl Astananın simasında görünür.

Bizə çox xoşdur ki, Sizin rəhbərliyiniz altında Qazaxıstan olduqca dinamik, səmərəli inkişaf edir. Ölkənin çox böyük potensialı vardır və Sizin apardığınız, haqqında bu gün danışdığınız islahatlar gələcəyə istiqamətlənmişdir. Mövcud potensial artıq bu gün sosial məsələləri, habelə iqtisadi islahatlarla bağlı məsələləri səmərəli həll etməyə imkan verir.

Münasibətlərimizə gəldikdə isə, Qazaxıstan bizim üçün həmişə dost, qardaş dövlət olmuşdur. Müstəqillik illərində bu münasibətlər daha da möhkəmlənmişdir. Bu gün iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı sahələrində müzakirə etdiyimiz layihələr ikitərəfli əməkdaşlığı möhkəmlətmək üçün potensialımızdan daha geniş istifadə etməyimizə imkan verəcəkdir. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:30
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

19 aprel 2025, 11:30
SƏNƏDLƏR Qanunlar 19 aprel 2025
11:28
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

19 aprel 2025, 11:28
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:26
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...

19 aprel 2025, 11:26
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58