24 aprel 2019, 19:00

Surami Emiraşvili və başqalarından, Qax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin bölgələrə göstərdiyiniz diqqət və qayğı göz qabağındadır. Rayonumuzda əsasən gürcülərin yaşadığı Əlibəyli kəndində müasir infrastrukturun yaradılması buna bariz nümunədir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli dəyərlərimizə, mədəniyyətimizə diqqət və qayğı ənənəsi bu gün də uğurla davam etdirilir. Sizin Azərbaycan teatrının inkişafına xidmət edəcək müvafiq Sərəncamınız Əlibəyli kənd sakinlərinin böyük sevincinə səbəb oldu. Çünki teatr bizim, xüsusən də gənclərin sevimli yeridir və onun hərtərəfli inkişafını arzulayırıq.

Kəndimizdə fəaliyyət göstərən Qax rayonu Gürcü Dövlət Dram Teatrına göstərdiyiniz qayğı teatrımızın daha yaxşı fəaliyyət göstərməsinə şərait yaradacaq, onun yaradıcılıq imkanlarını genişləndirəcək, milli dəyərlərin qorunub gələcək nəsillərə çatdırılmasında önəmli rol oynayacaq.

Cənab Prezident, biz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, cansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Emiraşvili Surami Vasoyevic

Barixaşvili Marqarita Borisovna

Qaçişvili Givi Zardoyeviç

Aslamazaşvili Nika Sulikoyeviç və başqaları (cəmi: 15 nəfər).

Azərbaycan Respublikası, Qax rayonu, Əlibəyli kəndi.