24 aprel 2019, 17:25

Vaqif Vəliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Füzuli Dövlət Dram Teatrına 100 min manat məbləğində vəsait ayırdığınıza görə teatrımızın yaradıcı kollektivi adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin incəsənət sahəsinə göstərdiyiniz diqqət və qayğı bizi yeni uğurlara ruhlandırır. Allah Sizi qorusun.

Hörmətlə,

Vəliyev Vaqif Zülfü oğlu, Əməkdar mədəniyyət işçisi, Füzuli Dövlət Dram Teatrının direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.