24 aprel 2019, 17:10

Fərid Ədilovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Respublikamızın sürətli sosial-iqtisadi inkişafı göz qabağındadır. Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, əhalini narahat edən məsələlərə dövlətin və Sizin qayğınız, ümumilikdə hər bir sahədə aparılan islahatlar bizi qürurlandırır. Bu işlərin davam etdirilməsinin və sosial inkişafın yüksəldilməsinin şəxsən Sizin nəzarətinizdə olması bir vətəndaş kimi məni sevindirir.

Çox hörmətli Prezidentimiz, bu işlərin davam etdirilməsi üçün Allahdan Sizə möhkəm cansağlığı, əzm və iradənizin daha da güclənməsini diləyirəm. Sizinlə qürur duyuram, cənab Prezident!

Hörmətlə,

Ədilov Fərid Abdulhəmid oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.