24 aprel 2019, 16:15

Miladə Rüstəmovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə əlaqədar imzaladığınız Fərmandan yararlanaraq kompensasiya alan vətəndaşlardan biri olaraq Sizə dərin minnətdarlığımı ifadə etməyi özümə borc bilirəm. Qeyd etmək istəyirəm ki, bu il aprelin 22-də mənə düşən kompensasiyanı rahat şəkildə əldə etdim. İmzaladığınız bu Fərman çoxlu sayda insanın, onların ailə üzvlərinin böyük sevincinə səbəb olub.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi naminə apardığınız işlərdə yeni-yeni uğurlar arzulayıram. Allah Sizi qorusun.

Hörmətlə,

Rüstəmova Miladə Qnyaz qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.