24 aprel 2019, 16:05

Heydər İsmayılovdan, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin daxili və xarici siyasətinizi bəyənir və hər zaman dəstəkləyirəm. Əhalinin sosial rifahını yüksəltmək məqsədilə sosial müavinətlərin artırılması və müharibə veteranları üçün Prezident təqaüdünün təsis edilməsi məni çox sevindirdi. Siz bununla bir daha sübut etdiniz ki, həmişə xalqı fikirləşirsiniz və onun yanındasınız.

Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun. Çətin və şərəfli fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

İsmayılov Heydər İsmayıl oğlu.

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Birinci Paşalı kəndi.