24 aprel 2019, 12:20

Natiq Abdullayev və başqalarından, Qax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə fəaliyyət göstərən teatrların müasir dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamınız Qax rayon ictimaiyyətini ürəkdən sevindirir.

Uşaqların asudə vaxtının səmərəli təşkilində, onların bədii estetik zövqünün formalaşmasında, vətənpərvərlik, humanizm və yüksək insani keyfiyyətlərin aşılanmasında mühüm rol oynayan və uşaqlar üçün bölgədə yeganə teatr olan Qax Dövlət Kukla Teatrının da yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsi çox təqdirəlayiqdir.

Bu diqqət və qayğıya görə Qax rayon ictimaiyyəti adindan Sizə minnətdarlığımızı bildirir, uzun ömür və cansağlığı arzulayır, Azərbaycanın daimi inkişafı yolunda uğurlar diləyirik.

Hörmətlə,

Abdullayev Natiq Abdulməcid oğlu,

Sofiyev Faiq Qurban oğlu,

Hacıyev Mirsəyad Nurullah oğlu,

Əmirova Elnurə Ənvər qızı və başqaları – cəmi 11 nəfər.

Azərbaycan Respublikası, Qax rayonu.