19 mart 2019, 20:00

Saday Musayevdən, Yevlax, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizi və ailənizi qarşıdan gələn bahar bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı arzulayıram.

Ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün verdiyiniz fərman və sərəncamlar hamımızı çox sevindirdi. Sizin tapşırıq və göstərişlərinizə uyğun olaraq dövlət məmurlarının şəhər və rayonlarda vətəndaşlarla görüşməsi, onların arzu və istəklərini dinləməsi, problemləri ilə maraqlanmaları yaxşı nəticələr verir. Biz məcburi köçkünlərlə də belə görüşlər mütəmadi olaraq keçirilir.

Biz həmişə Sizin və Azərbaycan dövlətinin yanındayıq. Biz arzu edirik ki, tezliklə bahar bayramını anadan olduğumuz torpaqlarda Sizinlə birlikdə keçirək.

Bayramınız mübarək olsun, cənab Prezident!

Hörmətlə,

Musayev Saday Cəfər oğlu,

Kəlbəcər rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Yevlax şəhəri.