19 mart 2019, 18:10

Ziya Əliyevdən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı, xalqımızın rifah halının daha da yaxşılaşdırılması üçün son vaxtlar qəbul etiyiniz qərarlar, həyata keçirdiyiniz məqsədyönlü tədbirlər, imzaladığınız fərman və sərəncamlar biz vətəndaşlar üçün çox dəyərlidir. Azərbaycanın ümumi inkişafını gözü götürməyən qara qüvvələrə bir daha sübut etdiniz ki, Siz Vətən üçün, xalqın mənafeyi üçün çalışırsınız və bu yolda nə lazımdırsa, onu da edirsiniz.

Cənab Prezident, mən bir gənc sahibkar olaraq Sizə dərin minnətdarlığımı bildirir, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Əliyev Ziya Fəxrəddin oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.