19 mart 2019, 17:10

Mayıl Hümmətovdan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Novruz bayramı münasibətilə Sizi və ailənizi ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram.

Son 15 ildə Azərbaycanın dünyaya günəş kimi parlamasında, xalqımızın və dövlətimizin misilsiz uğurlar qazanmasında, ölkəmizin bütün sahələrdə sürətli inkişafının təmin edilməsində, ən başlıcası isə sosial-iqtisadi islahatların aparılmasında və insan amilinin həmişə yüksək qiymətləndirilməsində Sizin əvəzsiz xidmətləriniz var. Tovuzlular da Sizin bu uğurlu siyasətinizi yüksək qiymətləndirirlər. Rayon sakinləri, o cümlədən biz müharibə veteranları rayonun idarə və müəssisələrində sakinlərin problemlərinə daha həssas yanaşıldığının, istək və təkliflərinin daha diqqətlə dinlənildiyinin şahidi oluruq. Ölkəmizdə vətəndaş-məmur münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir.

Cənab Prezident, belə gözəl və şəffaf şərait yaratdığınıza görə Sizə minnətdarıq. Bir daha Sizə “Bayramınız mübarək olsun!” deyirik.

Hörmətlə,

Hümmətov Mayıl İsrayıl oğlu, Əfqanıstan və Qarabağ müharibələri veteranı.

Azərbaycan Respublikası, Tovuz rayonu, Abulbəyli kəndi.