16:38

Polşanın paytaxtı Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir.
Sammitin iştirakçıları birgə foto çəkdirdilər.
Avropa İttifaqı ölkələrinin, eləcə də “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sammiti hazırda təşkilata sədrlik edən Polşanın Baş naziri Donald Tusk giriş sözü ilə açaraq qonaqları salamladı, “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyəti haqqında danışdı.
Bildirildi ki, sammitin keçirilməsində əsas məqsəd “Şərq tərəfdaşlığı” ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir.
Bir çox vacib ikitərəfli görüşlərin keçirilməsi baxımından da əhəmiyyətli olan sammitdə əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparıldı.
Sonra Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitində birgə bəyannamə qəbul edildi.
İki ildən bir təşkil edilən “Şərq tərəfdaşlığı” sammiti ilk dəfə 2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilmişdir.
“Şərq tərəfdaşlığı” Proqramı da məhz həmin sammitdə qəbul edilmişdir.
“Şərq tərəfdaşlığı” təşəbbüsü 2008-ci il mayın 26-da Avropa İttifaqının Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülmüşdür.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57