19 fevral 2019, 17:00

Fəxrəddin Behbudovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan abadlıq-quruculuq işləri sayəsində Sumqayıtın hər bir guşəsi gözəlləşməkdədir. Bizim Corat qəsəbəsi də ölkəmizdəki abadlıq-quruculuq işlərindən öz nəsibini alır. Qəsəbəmizin yolları əsaslı təmir olunub, küçə işıqları quraşdırılıb. Sakinlər adından Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Allah hər zaman Sizə kömək olsun.

Dərin hörmət və ehtiramla,

Behbudov Fəxrəddin Xalid oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.