İlham Əliyev Qubada meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olmuşdur

24 sentyabr 2011, 16:40
İlham Əliyev Qubada meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olmuşdur

Prezident İlham Əliyev “İKAR-S” MMC tərəfindən Qubada inşa edilən meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olmuşdur.

Məlumat verildi ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu respublikanın regionlarında meyvə-tərəvəz məhsullarının saxlanılması üçün ümumi dəyəri 114,8 milyon manat, kredit tələbatı 64,3 milyon manat və tutumu 108,1 min ton olan 32 soyuducu anbar kompleksini maliyyələşdirmişdir. Bu layihələrdən 18-i başa çatdırılaraq istifadəyə verilmişdir. Digər layihələrin isə inşası davam etdirilir.

Dövlət başçısı kompleksin ərazisindəki alma bağı ilə tanış oldu. Bildirildi ki, sahibkarlıq subyekti tərəfindən 145 hektar ərazidə məhsuldar alma bağları salınmışdır. Bu bağlardan ildə 45-50 tonadək yüksək keyfiyyətli alma yığılır. Hazırda Quba rayonunda alma istehsalı 110 min ton təşkil edir. Son 6 il ərzində rayonda intensiv salınan alma bağlarının sahəsi 583 hektardır. 2011-ci ilin birinci yarısında salınan belə bağların sahəsi isə 72 hektar təşkil edir. Bağda yerli və xarici alma növləri yetişdirilir.

Prezident İlham Əliyev anbarda yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsinə 2,9 milyon manat güzəştli kredit verilmişdir. İnvestisiya layihəsi üzrə rayonun Vəlvələ kəndinin 3,2 hektar ərazisində Almaniya istehsalı olan soyutma sistemləri və Hollandiyanın “ULO” sistemləri ilə təchiz edilən, tutumu 6 min ton olan soyuducu anbar, laboratoriya və digər köməkçi binalar tikilmişdir. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Layihənin icrası nəticəsində 54 nəfər işlə təmin edilmişdir.

Komplekslə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37