16:38

Prezidentiİlham Əliyev Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak etmişdir.
Dövlət başçısına məlumat verildi ki, uzunluğu 22 kilometr, eni 7 metr olan Quba-Qəçrəş-Qımılqazma yerli əhəmiyyətli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələrindəki əhalinin sayı 26 min nəfərdir. Həmin yol uzun müddət istismarda olduğundan təmirə ehtiyacı var idi. Yol yenidən qurularkən alt qatı 7, üst qatı 5 santimetr olmaqla ikiqat asfaltla örtülmüşdür. Yağış sularının axıdılması üçün suötürücü qurğular quraşdırılmış, yolun dar hissələri genişləndirilmişdir. Yol müvafiq nişanlarla təchiz olunmuşdur.
Bildirildi ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ayırıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla, həm də ölkəmizin malik olduğu iqtisadi qüdrətin nümayişi baxımından əlverişli imkanlar açır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsinə daha yeniləri əlavə edilir.
Prezident İlham Əliyev kənd sakinləri ilə söhbət etdi. Yolun açılışı münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı əhalinin gediş-gəlişini asanlaşdıracaq bu yolun Qubanın inkişafı üçün əhəmiyyətini vurğuladı. Bildirdi ki, ölkədə bütün yolların, magistralların, o cümlədən kənd yollarının tikintisinə və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev bu gün Qubanın inkişaf etdiyini, gözəlləşdiyini, abadlaşdığını da vurğuladı və bu prosesin bundan sonra da davam etdiriləcəyini söylədi.
Qəçrəş kəndinin sakini Həzrətəli Xammədov bu yolun yenidən qurulmasını əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirdi və kənd sakinlərinin minnətdarlığını dövlətimizin başçısına çatdırdı.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57