İlham Əliyev Qubada Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Şahmat Məktəbinin açılışında iştirak etmişdir

24 sentyabr 2011, 14:50
İlham Əliyev Qubada Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Şahmat Məktəbinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev uba rayonuna səfəri çərçivəsində Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Şahmat Məktəbinin açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə şəhərin Səməd Vurğun və Qasım İsmayılov küçələrinin kəsişməsində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Parkın ərazisini gəzən Prezident İlham Əliyevə burada aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda ictimai iaşə və sosial obyektlərin yenidən qurulması və fasad hissələrinin plitələrlə üzlənməsi işləri görülmüşdür. Parkın ərazisinə daxil olan və Quba şəhəri ilə Qırmızı Qəsəbəni birləşdirən pilləkən kompleksi yenidən qurulmuş, əraziyə daxil olmaq üçün iki giriş qapısı inşa edilmiş və həmin qapılar ağlay materialı ilə üzlənmişdir. Parkın yenidən qurulması ilə əlaqədar 3,5 min kvadratmetr sahəyə tamet plitə döşənmiş, 800 kvadratmetrlik yaşıllıq sahəsi salınmış, açıq havada xalqımızın görkəmli şəxsiyyətlərinin heykəllərindən ibarət “Şəxsiyyətlər muzeyi” yaradılmışdır. Burada, həmçinin Nizami Gəncəvinin əsərlərinin reproduksiyası əsasında 16 panno, yeni işıqlandırma və suvarma sistemləri qurulmuşdur.

Qeyd edildi ki, Şahmat Məktəbinin fasadı üzlük ağlay daşları və şəbəkə ilə üzlənmiş, parkın ərazisində hündürlüyü 18 metr olan qala yaradılmışdır. Qalanın üzərində 12 metr hündürlüyündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmışdır. Ərazisi 2,25 hektar olan Nizami adına mədəniyyət və istirahət parkında yerləşən birmərtəbəli Şahmat Məktəbinin köhnə binası sökülmüş, yerində müasir tələblərə cavab verən ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli yeni bina inşa edilmişdir.

Prezident İlham Əliyev Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Top fiquru formasında inşa olunan Şahmat Məktəbinin binası parka xüsusi gözəllik verir. 2010-cu ilin aprel ayından inşasına başlanılan məktəbin birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə şahmatın inkişafına və şahmatçılara göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır. Burada 1983-cü ildə fəaliyyətə başlayan Quba Şahmat Məktəbinin və onun yetirmələrinin əldə etdikləri nailiyyətlər, kubok və diplomlar nümayiş olunur.

Məktəbin birinci mərtəbəsində kompyuter salonu və 6 məşğələ otağı fəaliyyət göstərir. Bütün otaqlar simsiz internet şəbəkəsi ilə təmin edilmişdir. İkinci mərtəbədə 300-350 idmançının eyni vaxtda mübarizə apara biləcəyi zal vardır. Zalda keçirilən yarışları monitorlar vasitəsilə də izləmək mümkündür. Burada məşğələ otaqları və inzibati otaqlar yerləşir.
Diqqətə çatdırıldı ki, Quba Şahmat Məktəbinin rayondakı 11 ümumtəhsil məktəbində nümayəndəlikləri də fəaliyyət göstərir. İdmanın bu növünün rayonda inkişafı əldə edilən uğurlu nəticələrdə də öz əksini tapır.

Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26