İlham Əliyev Xaçmaz kondensator zavodunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir

23 sentyabr 2011, 19:00
İlham Əliyev Xaçmaz kondensator zavodunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Xaçmaz kondensator zavodunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan Prezidentinə məlumat verdi ki, son illərdə Xaçmazda müxtəlif təyinatlı istehsal müəssisələrinin yaradılması diqqət mərkəzindədir. Bu sırada rayonda yenidən qurulan kondensator zavodu da mühüm əhəmiyyət kəsb edir. Xaçmaz kondensator zavodu 1981-ci ildə Rusiyanın Tula şəhərində yerləşən Severo-Zadonsk hərbi təyinatlı zavodun tabeliyində olmuşdur. Əvvəllər kiçik sex kimi fəaliyyət göstərmiş, 1983-cü ildə burada zavod tikilmiş, müəssisə 1987-ci ildən tam fəaliyyətə başlamışdır.

Bildirildi ki, vaxtilə Xaçmaz kondensator zavodunda istehsal olunan müxtəlif markalı kondensatorlar keçmiş SSRİ-nin bütün respublikalarına ixrac edilirdi. 1992-ci ildə bu zavod “Elektrolit” İstehsalat Birliyinin tabeliyinə verilmişdir. 1993-cü ildən isə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin strukturuna daxil edilmişdir. Zavodun əsas fəaliyyəti kondensatorlarla yanaşı, xalq istehlak mallarının istehsalı və əhaliyə pullu xidmət göstərməkdən ibarətdir.

Sonra dövlətimizin başçısı zavodun əvvəlki vəziyyətini əks etdirən filmə baxdı.

Prezident İlham Əliyev müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə də tanış oldu. Burada ulu öndərin Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərə və dövlətimizin başçısının bu siyasəti davam etdirərək ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində gördüyü işlərə dair fotolar nümayiş etdirilir.

Dövlətimizin başçısı müəssisədə istehsal olunan məmulatın sərgisinə baxdı.

Müəssisə ilə tanışlıq zamanı bildirildi ki, zavodun ümumi sahəsi 24 min kvadratmetrdir. 3690 kvadratmetrlik istehsal sahəsində 2010-2011-ci illərdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Tikinti və yenidənqurma işlərindən sonra kondensator zavodunda yaradılan yeni istehsal sahələrində quraşdırılan və müasir tələblərə cavab verən xüsusi cihaz və avadanlığın köməyi ilə müxtəlif təyinatlı məmulat – yüksək böyütmə qabiliyyətinə malik kompaslı prizmalı binokllar, toplar üçün K-1 tipli kollimator, 60, 82 və 120 millimetrlik minaatanları hədəfə tuşlamaq üçün MTON-44M tipli təkmilləşdirilmiş optik nişangah istehsal olunur.

Qeyd edildi ki, PK-A tipli kollimator nişangahları avtomat və əl pulemyotlarını hədəfə tuşlamaq üçün nəzərdə tutulmuşdur. Nişangah 5,45 və 7,62 millimetrlik Kalaşnikov avtomatları və əl pulemyotları ilə 300 metr məsafədə hədəfi çox dəqiq vurmağı təmin edir. Müxtəlif böyütmə qabiliyyətinə malik optik snayper nişangahları isə normal və iri çaplı snayper tüfənglərini hədəfə tuşlamaq üçün nəzərdə tutulmuşdur.

Diqqətə çatdırıldı ki, mexaniki istehsal və optika sexlərindən əlavə, zavodda sənaye məhsulları hazırlayan sex də fəaliyyət göstərir. Burada əsasən məişətdə istifadə olunan məmulat hazırlanır. Bildirildi ki, bu il müəssisədə yeni açılan iş yerlərinin sayı 76-ya çatdırılmışdır. Bütün bunlar göstərir ki, ölkəmizin müdafiə sənayesinin gücləndirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də Dövlət Müdafiə Sənayesi Proqramının icrası təmin olunmuş, bir sıra yeni təyinatlı məmulatın istehsalı mənimsənilmişdir.

Məlumat verildi ki, 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin qarşısında istehsalın həcmini 15 faiz yüksəltmək, yeni növ müdafiə təyinatlı məmulatın yaradılması, yeni iş yerlərinin açılması və işçilərin orta aylıq əməkhaqqının artırılması kimi mühüm vəzifələr durur.

Prezident İlham Əliyev zavodun kollektivinə uğurlar arzuladı, tövsiyə və tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37