19 yanvar 2019, 12:20

Natəvan Nuriyeva və Xədicə Əliyevadan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ötən il oktyabrın 15-də Lənkərana növbəti səfəriniz həmişəki kimi, bir sıra əhəmiyyətli sosial obyektlərin açılışları ilə yadda qaldı. Səfərinizdən dərhal sonra imzaladığınız çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə əlaqədar Sərəncamınız isə bizim ürəyimizdən xəbər verdi.

Hazırda yaşadığımız binanın dam örtüyü tamamilə yenidən qurulub. Qış mövsümündə bizi soyuğun, yağmurlu havaların fəsadlarından xilas etdiyiniz üçün Allah Sizdən razı olsun.

Hörmətlə,

Nuriyeva Natəvan Sevdim qızı

Əliyeva Xədicə Əyyub qızı.

Azərbaycan Respublikası, Lənkəran rayonu.