22 sentyabr 2011, 12:00

Sevil Əmirova, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bilavasitə Sizin göstərişinizlə atam, bəstəkar Fikrət Əmirovun abidəsinin Bakı şəhərinin ən gözəl guşələrinin birində ucaldılması və 2011-ci il sentyabrın 19-da abidənin açılış mərasimindəki çıxışınız mənə və bütün ailə üzvlərimə böyük təsir etmişdir.

Fikrət Əmirovun unudulmaz xatirəsinə Sizin tərəfinizdən verilən qiymət və xüsusilə ümummilli liderimiz dahi Heydər Əliyevin Fikrət Əmirov haqqında fikirləri bizdə dərin təəssürat doğurmuşdur.

Fikrət Əmirov həyatının ən ağır və mürəkkəb anlarında ümummilli liderimizin ona daim dəstək olduğunu dəfələrlə vurğulayaraq bu diqqət və dəstəyin onun fəaliyyətinə təsirini çox yüksək qiymətləndirirdi.

Fürsətdən istifadə edərək Sizə və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya Fikrət Əmirovun timsalında Azərbaycanın mədəni irsinin qorunub saxlanılmasına yönəldilmiş şərəfli fəaliyyətinizə görə hədsiz minnətdarlığımı bildirirəm.

Dərin hörmət və ehtiram hissi ilə,

Sevil Əmirova.

Azərbaycan Respublikası, Bakı şəhəri.