15 dekabr 2018, 13:00

Abdülhüseyn Məmmədovdan, Hacıqabul, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mən II qrup əliləm. Ailəmlə birlikdə Hacıqabul rayonunun Navahı qəsəbəsində yaşayıram. Bizim ev uzun illər təmir edilmədiyindən və sel sularının təsirinə məruz qaldığından demək olar ki, yararsız hala düşmüşdü. Maddi vəziyyətimiz evimizi əsaslı şəkildə təmir etməyə imkan vermirdi. Yaranmış bu acı vəziyyətdən çıxmaq üçün böyük ümidlə Sizə müraciət etdim. Müraciətimdən qısa müddət sonra evimin təmirinə başlanıldı və yaşayış üçün əlverişli vəziyyətə gətirildi.

Möhtərəm cənab Prezident, biz bir daha əmin olduq ki, Siz həqiqətən də hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz və vətəndaşların güzəranının yüksəldilməsi Sizin başlıca məqsədinizdir.

Ailəmiz adından Sizə sonsuz minnətdarlığımı bildirirəm. Allah Sizə möhkəm cansağlığı və uzun ömür nəsib etsin ki, müdrik rəhbərliyinizlə ölkəmizdə bundan sonra da firavan ömür sürək.

Hörmətlə,

Məmmədov Abdülhüseyn Əlihüseyn oğlu.

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Navahı qəsəbəsi.