15 dekabr 2018, 12:50

Vasif Həmidov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Buruc-Güləbatlı-Xoruzlu-Bayandurlu-Qaradağlı avtomobil yolunun tikintisindən sonra Tərtər-Hindarx yolunun təmirinə başlanılıb. Bu yol kənd adamlarının rahat gediş-gəlişini təmin edir, məhsulların mənzilbaşına vaxtında çatdırılmasını asanlaşdırır.

Cənab Prezident, biz kəndlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Biz də Sizin qayğınıza cavab olaraq kənd təsərrüfatı məhsullarının istehsalının artmasına əməli işimizlə töhfə verməyə çalışırıq. Tanrı Sizi qorusun.

Kənd sakinləri adından dərin hörmətlə,

Həmidov Vasif

Qədirov Sabir

Qarayev İlham

Abbasov Əlizadə

Quliyev Ceyhun.

Azərbaycan Respublikası, Tərtər rayonu, Qarağacı kəndi.