13 dekabr 2018, 14:25

Tahir Əliyev və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Cəbhə bölgəsində yerləşən Tərtər rayonu Sizin qayğınız sayəsində gündən-günə inkişaf edir, gözəlləşir. Rayonda yeni sosial obyektlər tikilir, küçələr abadlaşır, yollar salınır.

Ötən il Sizin Sərəncamınızla yenidən tikilən Tərtər-Seydimli-Qaradağlı-Sarov yolu kənd sakinlərinin rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişini xeyli asanlaşdırıb. Bu il isə Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərini birləşdirən kəndarası avtomobil yolu tikildi. Bu yol 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Hazırda isə Tərtər-Hindarx avtomobil yolu təmir olunur. Bu yol ilə 26 kəndin sakinləri rayon mərkəzi və qonşu rayonlarla, kəndlərlə əlaqə saxlayırlar.

Möhtərəm cənab Prezident, kənd sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Əliyev Tahir

Quliyev Köçəri

Zeynalov Famil

Səfərov Əvəz

Əhmədova Qəndab

Süleymanova Mükafat.

Azərbaycan Respublikası, Tərtər rayonu, Düyərli kəndi.