11 dekabr 2018, 12:30

Mübariz Cəlilov və İlyas Əhmədovdan, Qax, Azərbaycan

Hörmətli cənab Prezident.

İşsiz olduğumuzu nəzərə alaraq bizi Sizin tapşırığınızla icra olunan özünüməşğulluq proqramında iştiraka dəvət etdilər. Bildirdilər ki, proqramda iştirak etsək, arıçılıq təsərrüfatı qurmaq üçün lazım olan hər şey bizə dövlət tərəfindən pulsuz verəcək. Biz buna çox sevindik. Çünki bu sahədə müəyyən təcrübəyə malikik. Beləliklə, bir çox insanlar kimi, biz də proqrama cəlb olunduq. Bir aylıq təlimdən sonra bu günlərdə bizə arı ailələri və lazım olan avadanlıqlar verdilər.

Cənab Prezident, çoxdan istəyirdik ki, belə bir təsərrüfatımız olsun, özümüz işləyək, özümüz qazanaq. Biz buna Sizin böyük dəstəyinizlə nail olduq. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun.

Hörmətlə,

Cəlilov Mübariz Abduləvvər oğlu

Əhmədov İlyas Üzeyir oğlu.

Azərbaycan Respublikası, Qax rayonu.