12 noyabr 2018, 14:45

Arif Hüseynov və başqalarından, Qazax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün vətənimiz Azərbaycanda ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti Sizin tərəfinizdən uğurla davam etdirilir. İqtisadiyyatımızın sürətli inkişafı, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin dirçəldilməsi Azərbaycanın neftdən asılılığının aradan qaldırılmasına öz töhfəsini verir. Sizin uzaqgörən siyasətiniz və gərgin əməyiniz sayəsində bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutur.

Möhtərəm cənab Prezident, bu uğurlar Qazax sakinlərini də sevindirir və qürurlandırır, onlarda Azərbaycanın işıqlı gələcəyinə, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inamı daha da artırır.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Azərbaycanımızın işıqlı gələcəyi naminə Sizi və ailənizi qorusun.

Hörmətlə,

Qarabağ müharibəsi veteranları Hüseynov Arif Sabir oğlu

Balayev Xasay Rza oğlu

İsmayılov Şabəddin Şurə oğlu

Süleymanov Siyavuş İsmayıl oğlu

Rzayev Rza Mehman oğlu və başqaları.

Azərbaycan Respublikası, Qazax rayonu.