İlham Əliyev Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir

19 iyul 2011, 14:15
İlham Əliyev Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Ümumi sahəsi 120 kvadratmetrə yaxın olan inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini, o cümlədən YAP-la bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır. 50 nəfərlik iclas zalı, bütün otaqlar lazımi avadanlıqla təchiz olunmuş, təşkilatın daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Yeni binada istilik sistemi də quraşdırılmış, ətraf ərazidə yaşıllıq zolağı salınmış, dekorativ ağaclar əkilmişdir.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30