12:26
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
25 aprel 2024, 12:26Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycanda tarixən mövcud olmuş etnik-dini tolerantlıq mühiti burada yüz illər boyu fəaliyyət göstərən səmavi dinlərin qarşılıqlı hörmət və etimada əsaslanan dinc yanaşı fəaliyyətini təmin etmiş, ayrı-ayrı etiqad və inanclara mənsub insanlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında müstəsna rol oynamışdır.
Bu gün dinlərarası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycan Respublikasında tarixi-mədəni irsin qorunub saxlanılması və təşviq edilməsi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Zəngin multikultural dəyərlərə və tolerantlıq ənənələrinə malik müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycandakı mövcud demokratik-hüquqi şəraitdən və mütərəqqi dövlət-din münasibətlərindən yararlanan xristian həmvətənlərimiz öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaqla, ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkəmizdə gedən böyük tərəqqi prosesinə və vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verirlər.
Əziz dostlar!
Hər il Azərbaycanda təntənə ilə qeyd etdiyiniz Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Qoy bu əziz gün ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2018-ci il.
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
25 aprel 2024, 12:26Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.
25 aprel 2024, 12:12Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.
Dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib.
25 aprel 2024, 12:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...
24 aprel 2024, 13:04Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:02