20 mart 2018, 14:21

Qurbanzadə Məmmədovdan, Yardımlı, Azərbaycan

Azərbaycan xalqının qayğıkeş və sevimli oğlu cənab İlham Əliyev.

2003-cü ildə keçirilən prezident seçkilərində xalq Sizə səs verdi və Siz xalqımızın etimadını doğrultdunuz. O gündən başlayaraq Siz ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirirsiniz.

Hörmətli cənab Prezident, xalqın sosial rifahının yaxşılaşdırılması üçün imzaladığınız fərman və sərəncamlar, o cümlədən müəllimlərin əməkhaqqının artırılması bütün Azərbaycan xalqı kimi, biz müəllimləri də sevindirir.

Əziz Prezidentimiz, ölkəmizin cənubunda yerləşən Yardımlı rayonunun əhalisi daim Sizinlədir, Sizi dəstəkləyir və prezident seçkilərində məhz Sizə səs verəcək. Sizə möhkəm cansağlığı, uğurlar, qarşıdan gələn prezident seçkilərində qələbə arzulayıram.

Hörmətlə,

Məmmədov Qurbanzadə Şahəli oğlu.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Bürzünbül kəndi.