19 mart 2018, 17:30

Əfruzə Hacıyevadan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bizim Poladlı kənd ümumi orta məktəbi əvvəllər qəzalı vəziyyətdə olan köhnə, darısqal otaqlarda yerləşirdi. Məktəb binasının yararsız vəziyyətdə olması uşaqların təlim-tərbiyəsinə də mənfi təsir edirdi. İndi bizim üçün modul tipli məktəb quraşdırılıb. Geniş, yaraşıqlı sinif otaqları göz oxşayır. Sizin Sərəncamınızla məktəbimiz qazlaşdırılıb, sinif otaqlarımız isti və rahatdır.

Möhtərəm cənab Prezident, biz təhsil işçilərinə, övladlarımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun.

Hörmətlə,

Hacıyeva Əfruzə Nəcəf qızı,

Poladlı kənd ümumi orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Tərtər rayonu, Poladlı kəndi.