17 mart 2018, 18:30

Dilarə Fətullayevadan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin qayğı və diqqətiniz sayəsində Lerik surətlə tərəqqi edir. Mədəniyyət sahəsində də uğurlarımız çoxdur. Məhz Sizin açılışınızı etdiyiniz Uzunömürlülər Muzeyi çox yaşamağın sirlərini bütün dünyaya yayır.

Hörmətli cənab Prezident, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Fətullayeva Dilarə, Uzunömürlülər Muzeyinin direktoru.

Azərbaycan Respublikası, Lerik rayonu.