İlham Əliyev Paraqvay Senatının sədrini qəbul edib

16 mart 2018, 10:50
İlham Əliyev Paraqvay Senatının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

Paraqvay Senatının sədri Fernando Luqo Mendez VI Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirdi və tədbirdə iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd etdi. Paraqvay Senatının sədri vurğuladı ki, tədbir iştirakçılarının coğrafiyasının daha da genişlənməsi, dünyanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştirakı beynəlxalq əməkdaşlıq işinə töhfə verir və eyni zamanda, gündəlikdə duran aktual məsələlərin müzakirəsi üçün də yaxşı bir platformaya çevrilir.

Dövlət başçısı Paraqvay Senatının sədri Fernando Luqo Mendezin VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd etdi. Tədbirin beynəlxalq əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumda müxtəlif səviyyəli nümayəndələrin iştirakının beynəlxalq məsələlərlə bağlı hərtərəfli müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğunu dedi.

Dövlət başçısı Azərbaycanın Paraqvayla və eləcə də digər Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi.

Söhbət zamanı Forumun həm də dinlərarası dialoqun və multikultural əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.

Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmlənməsində rolu xüsusi qeyd olundu, ölkəmizin regionda gərginliyin azaldılması işinə müsbət təsir göstərdiyi vurğulandı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10