14 mart 2018, 17:30

Bədrəddin Həsrətovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyiniz ilə Azərbaycanda aparılan uğurlu siyasətin və iqtisadi islahatların nəticələri göz qabağındadır. Bütün bunların nəticəsidir ki, biz bu gün sabitlik şəraitində yaşayır və iqtisadiyyatımızı inkişaf etdiririk. Xüsusilə də aqrar sektorda aparılan islahatlar insanlara öz işlərini səmərəli qurmağa və daha yaxşı yaşamağa şərait yaradır.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə arıçılıq sahəsinə yer verilməsi, arıçılığın inkişafını stimullaşdırmaq üçün subsidiyanın ayrılması, müxtəlif arıçılıq layihələrinin həyata keçirilməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, bu qayğıya görə Sizə təşəkkürümüzü bildiririk. Azərbaycan Arıçılar Assosiasiyasının minlərlə üzvü qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyir və Sizə səs verməyə hazırdır. Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Həsrətov Bədrəddin, Azərbaycan Arıçılar Assosiasiyasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.