08 mart 2018, 20:00

Allahverdi Seyidovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Arıçılığın inkişafının stimullaşdırılması ilə bağlı Sərəncamınız Azərbaycan arıçılarını çox sevindirdi. Siz aqrar sektorda çalışan insanlara hər zaman diqqət və qayğı göstərir, onların əməyinə dəyər verirsiniz. Buna görə də Azərbaycan arıçıları adından Sizə təşəkkürümüzü bildirir və minnətdarlığımızı qəbul etməyinizi Sizdən xahiş edirik. Sizi əmin edirik ki, bundan sonra da ölkəmizdə arıçılığın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcək, var qüvvəmizlə çalışacağıq.

Cənab Prezident, qarşıdan gələn prezident seçkilərində Sizə uğurlar diləyirik. Bütün arıçılar Sizin namizədliyinizi dəstəkləyir və Sizə səs verəcəklərini bəyan edirlər. Sizə bir daha "Çox sağ olun" deyir, uzun ömür, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,

Seyidov Allahverdi Kamıl oğlu, aqrar elmləri doktoru, Arıçılıq Mərkəzinin sədri.

Azərbaycan Respublikası, Gəncə şəhəri.